Türkiyə Prezidenti: Hörmüz ticarət gəmiləri üçün açıq olmalıdır
sizinxeber.az xəbər saytı

Türkiyə Prezidenti: Hörmüz ticarət gəmiləri üçün açıq olmalıdır


Hörmüz boğazı ticarət gəmiləri üçün açıq olmalıdır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun açılış mərasimində deyib.

Türkiyə Prezidenti Hörmüz boğazı ilə bağlı Ankaranın mövqeyinin aydın olduğunu diqqətə çatdırıb:

"Əgər Hörmüz boğazının bir tərəfi İrandırsa, digər tərəfi Omandır. Hörmüz boğazı ticarət gəmiləri üçün açıq qalmalıdır".

Onun sözlərinə görə, ölkəsi Rusiya-Ukrayna müharibəsinin həlli üçün tərəflərin istəyi ilə müzakirələrin davam etdirilməsindən ötrü hər bir addımı dəstəkləməyə hazırdır.

"Bu istiqamətdə qonşularımızla əməkdaşlığa açığıq", - Ərdoğan vurğulayıb.

Oxşar xəbərlər

Pezeşkian Hörmüz boğazının hansı ölkələr üçün bağlandığını açıqlayıb
İran XİN: Hörmüz boğazı ABŞ və onun müttəfiqlərinin gəmiləri istisna olmaqla, hər kəs üçün açıqdır
Tramp Hörmüz boğazının blokadasını açıqlayıb
Ərdoğan: Müharibələr regionu "barıt qoxusuna" çevirib
Hörmüz boğazı açıqdır - Arakçı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər