Sibiqa: Ukrayna heç vaxt Latviya istiqamətinə dronlar göndərməyib
sizinxeber.az xəbər saytı

Sibiqa: Ukrayna heç vaxt Latviya istiqamətinə dronlar göndərməyib


Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya radioelektron mübarizə vasitələrinin Ukrayna dronlarının istiqamətini qəsdən dəyişdirmiş ola biləcəyini istisna etməyib.

"Sizinxeber.az"un məlumatına görə, A.Sibiqa bu sözləri Latviyanın hava məkanında pilotsuz uçuş aparatları (PUA) ilə bağlı insidentə münasibət bildirərkən bildirib.

Nazir latviyalı həmkarı Bayba Braje ilə telefon danışığının yekunları üzrə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb ki, "əgər bunların Rusiyanın radioelektron mübarizə sistemləri tərəfindən qəsdən istiqamətindən çıxarılaraq Latviya istiqamətinə yönəldilmiş Ukrayna dronları olduğu təsdiqlənərsə, üzrxahlıq bildirəcəyik".

"Əminliklə demək olar ki, Ukrayna heç vaxt Latviya istiqamətinə heç bir dron göndərməyib", - A.Sibiqa yazıb.

O, həmçinin qeyd edib ki, Kiyev artıq üç Baltik dövlətindən - Estoniya, Latviya və Litvadan, eləcə də Finlandiyadan - Rusiyanın radioelektron mübarizə sistemlərinin Ukrayna dronlarını yönləndirməsi nəticəsində yaranan qəsdən olmayan insidentlərə görə üzr istəyib.

Oxşar xəbərlər

XİN rəhbəri: Ukrayna Latviya istiqamətində dronlar göndərməyib
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Sibiqa: Ukrayna Rusiyanın potensialını zəiflətmək üçün hərbi obyektlərini hədəfə alır
Latviya Ukraynaya verilməsi üçün 500-ə yaxın dron hazırlayıb
Rusiya PUA-sı Latviya ərazisinə düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər