Merts Almaniyada dünyanın ilk termonüvə elektrik stansiyasını yaratmaq niyyətindədir
sizinxeber.az xəbər saytı

Merts Almaniyada dünyanın ilk termonüvə elektrik stansiyasını yaratmaq niyyətindədir


Almaniya Kansleri Fridrix Merts Ticarət və Sənaye Palatalarının qurultayında ölkədə termonüvə sintezi əsasında işləyən, dünyanın ilk elektrik stansiyasının inşası planları barədə danışıb.

"Sizinxeber.az" xəbər verir ki, Almaniya hökumətinin başçısı enerji tariflərini sabitləşdirmək və imkan daxilində azaltmaq üçün ölkənin elektrik enerjisi istehsalını artırmağa ehtiyac olacağını qeyd edib.

"Biz Almaniyada dünyanın ilk termonüvə elektrik stansiyasını tikmək niyyətindəyik. İki həftə əvvəl Hannover sənaye yarmarkasında biz bunun heç də utopiya deyil, tamamilə əldə edilə bilən bir məqsəd olduğuna və Almaniyanın elmi tədqiqatların bu istiqamətində aparıcı mövqelərdən birini tutduğuna əmin ola bildik", - Merts vurğulayıb.

Onun sözlərinə görə, mayın 13-də federal hökumət elektrik stansiyalarının inkişaf strategiyasını təsdiqləyəcək və bununla da ölkədə enerji şəbəkəsinin baza yükünü təmin etmək üçün nəzərdə tutulan yeni qaz istilik elektrik stansiyalarının inşası üzrə müsabiqə prosedurlarına start verəcək.

Oxşar xəbərlər

Almaniya elektrik enerjisi çatışmazlığı ilə üzləşə bilər
Merts Almaniyada azlıq hökumətinin qurulmasını istisna edib
Merts: Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir
KİV: Merts Almaniya kansleri seçkilərində ikinci tur səsverməsindən imtina edəcək
Merts "Avropa Siyasi Birliyi"nin İrəvanda keçiriləcək sammitində iştirak etməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər