Rusiyanın Zaporojyeyə zərbələri nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb
sizinxeber.az xəbər saytı

Rusiyanın Zaporojyeyə zərbələri nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb


Ukraynanın Zaporojye vilayətinə Rusiyanın bugünkü aviazərbəsi nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 2 nəfər yaralanıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında məlumat yayıb.

Qeyd olunub ki, yanğınsöndürənlər və xilasedicilər zərbələrin endirildiyi yerlərdə bütün yanğın ocaqlarını söndürüblər.

"Fövqəladə Hallar üzrə Dövlət Xidmətinın psixoloqları 38 nəfərə kömək ediblər, onların arasında altı uşaq və iki yetkin şəxs var", - qurumdan əlavə edilib.

Hadisə yerlərində bütün təcili xidmətlər fəaliyyət göstərir. Qəza-xilasetmə işləri davam edir.

Xatırladaq ki, bu gün Rusiya Silahlı Qüvvələri Ukraynanın bir sıra rayonlarına güclü zərbələr endirib, nəticədə bir neçə nəfər ölüb.

Oxşar xəbərlər

Rusiyanın Kiyevə zərbələri nəticəsində ölənlərin sayı 26-ya çatıb - YENİLƏNİB
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 10-a çatıb, 90 nəfər yaralanıb
Rusiyanın Kiyevə zərbələri nəticəsində ölənlərin sayı 30 nəfəri ötüb - YENİLƏNİB 2
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər