Niderlandda vəliəhd şahzadəyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb
sizinxeber.az xəbər saytı

Niderlandda vəliəhd şahzadəyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb


Niderlandın hüquq-mühafizə orqanlarının əməkdaşları vəliəhd şahzadə Amaliya və onun bacısı şahzadə Aleksiyaya qarşı sui-qəsd planında şübhəli bilinən şəxsi saxlayıb.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə "Algemeen Dagblad" qəzeti prokurorluğa istinadən xəbər verib.

Prokurorluğun məlumatına görə, şübhəli 33 yaşlı Haaqa sakinidir. Müstəntiqlərin məlumatına görə, sui-qəsd hazırlığı fevralda başlayıb.

Şübhəlinin evində axtarış zamanı üzərində şahzadələrin adları həkk olunmuş iki balta, eləcə də monarxın qızlarından bəhs edən və "qanlı qırğın" törətmək niyyəti barədə qeydlər olan bir kağız parçası tapılıb.

İş üzrə ilk məhkəmə iclası mayın 4-nə təyin edilib.

Oxşar xəbərlər

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsin ortaqları barədə məlumat yoxdur
Britaniyada terror aktı hazırlamaqda şübhəli bilinən iranlılar saxlanılıb
Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib
Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi ömürlük həbs cəzası gözləyir
Londonda Baş nazirin evini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər