Britaniyalı general Ukrayna ordusunun baş xarici hərbi müşaviri təyin olunub
sizinxeber.az xəbər saytı

Britaniyalı general Ukrayna ordusunun baş xarici hərbi müşaviri təyin olunub


NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanının keçmiş müavini, britaniyalı general Riçard Şirreff Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin baş xarici hərbi müşaviri olub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə UNİAN-a Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında bildirilib.

Şirreff həmçinin Sırski yanında yeni yaradılmış ARES Hərbi Ekspert Şurasına rəhbərlik edib.

Şuraya tərəfdaş ölkələrdən yüksək rütbəli hərbi ekspertlər, o cümlədən Slovakiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini Pavel Matsko daxil olub.

Aleksandr Sırski bildirib ki, Şirreff artıq şurada praktiki işə başlayıb və hərbi-strateji təhlil daxil olmaqla əsas fəaliyyət istiqamətlərini müəyyən edib.

ARES-in əsas məqsədi Ukrayna və beynəlxalq qabaqcıl təcrübənin mübadiləsi yolu ilə Ukrayna Silahlı Qüvvələrinin inkişafına töhfə verməkdir. Ekspertlər ordunun transformasiyasını, effektivliyinin artırılmasını və idarəetmə sistemində institusional dəyişikliklərin tətbiqini dəstəkləyəcəklər.

Oxşar xəbərlər

Sırski Trampla mübahisədən sonra ordunun Zelenskini dəstəklədiyini bildirib
Ukrayna ordusunun baş komandanı: Rusiyanın Sumı və Xarkova yeni hücumu faktiki başlayıb
Bu iki ölkənin Baş Qərargah rəisləri Vəliyevə zəng etdi
Zelenski F-16 qəzasından sonra Ukrayna Hərbi Hava Qüvvələrinin komandanını işdən çıxarıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər