Londonda naməlum şəxslər sinaqoqu yandırmağa cəhd ediblər
sizinxeber.az xəbər saytı

Londonda naməlum şəxslər sinaqoqu yandırmağa cəhd ediblər


Londonun şimal-qərbində "Kenton United" sinaqoqunu yandırmağa cəhd ediblər.

"Report"un "Sky News"a istinadən xəbərinə görə, bu barədə İctimai Təhlükəsizlik Fondundan bildirilib.

Qeyd olunub ki, hadisə yerinə polis və yanğınsöndürmə briqadaları cəlb edilib. İnsidentin qeydə alındığı Harrou rayonu mühasirəyə alınıb.

"Daxili məkana tüstülənmədən cüzi ziyan dəyib, lakin heç kim xəsarət almayıb", - deyə bəyanatda bildirilib.

Telekanalın məlumatına görə, bu, son günlər antisemitizm zəminində baş verən üçüncü belə haldır. London yəhudi icmasının baş ravvini Efraim Mirvis qeyd edib ki, son vaxtlar antisemitizm zəminində hücumlar çoxalıb.

"Bu hadisə çərşənbə günü Finçlidə yəhudi icması obyektinin yandırılmasından və cümə günü axşam Hendonda "Jewish Futures" təşkilatının binasına hücum cəhdindən sonra baş verib", - o qeyd edib.

Faktlarla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Fransada polis meriya binasını yandırmağa cəhd edən şəxsi yaralayıb
Moldovada MSK-nın binasını yandırmağa cəhd edən 5 nəfər saxlanılıb
Fransada antisemitizm halları üç dəfə artıb
Tramp Vaşinqtondakı atışmanı antisemitizm aktı adlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər