Kiyev İstanbul görüşündən gözləntilərini açıqlayıb
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa İstanbulda Rusiya tərəfi ilə substantiv görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.
"Report"un "İnterfkas-Ukraina"ya istinadən verdiyi xəbərə görə, bunu o, Kiyevdə fransalı həmkarı Jan-Noel Barro ilə birgə mətbuat konfransında deyib.
“Bu görüşlərin məzmunlu olması çox vacibdir ki, qarşı tərəfin əsas məsələləri müzakirə etmək mandatı olsun: müharibəni bitirmək, barışıq əldə etmək. Biz bunu hələ görmürük”, - deyə o bildirib.
Nazir xatırladıb ki, Ukrayna tərəfinin təkliflərindən biri liderlər səviyyəsində görüşün keçirilməsidir:
“Prezident Vladimir Zelenski və Rusiya lideri Vladimir Putin ABŞ Prezidenti Donald Tramp, Avropa dövlətlərinin rəhbərləri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə liderlər səviyyəsində görüş keçirilməlidir. İnanırıq ki, belə bir inkişaf, şübhəsiz ki, atəşkəsə nail olunmasının gələcək dinamikasına təsir göstərəcək”.
Oxşar xəbərlər
Ukrayna Prezidenti: Rusiya İstanbulda planlaşdırılan danışıqlara ciddi yanaşmayıb
Zelenski: Biz Putinlə üçtərəfli görüşlərə hazırıq
Tramp Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək görüşün vacibliyini vurğulayıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Peskov: Tramp, Putin və Zelenski arasında görüş bu yaxınlarda çətin ki, mümkün olsun
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
