Zelenski: Ukrayna və Niderland birgə silah istehsalına başlayacaq
Middelburq şəhərində Niderland Kralı Villem-Aleksandr və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilib.
"Report" xəbər verir ki, bu barədə Zelenski öz teleqram kanalında məlumat yayıb.
"Mən Əlahəzrətə Rusiyanın genişmiqyaslı müharibəsinə qarşı dörd ildən artıq davam edən mübarizə ərzində Ukraynaya və bütün Ukrayna xalqına göstərdiyi şəxsi dəstəyə görə təşəkkür etdim", - o deyib.
Zelenski görüş zamanı həmçinin Rusiyanın Ukraynaya etdiyi, Odessa, Kiyev və Dneprdə insanların ölümünə, ölkənin müxtəlif regionlarında isə yüzdən çox insanın xəsarət almasına səbəb olan son kütləvi hücumlar barədə danışıb.
"Ölkəmizə hər cür vasitələrlə dəstəyi davam etdirmək, insanların ölümünün qarşısını almaq və layiqli sülhə nail olmaq üçün bütün səyləri göstərmək vacibdir. Biz dəstəyə və insan həyatının qorunmasına verdiyi mühüm töhfəyə görə Niderlanda və bütün Niderland xalqına həmişə minnətdar olacağıq", – o qeyd edib.
Niderlanda səfəri zamanı Ukrayna lideri həmçinin Krallığın Baş naziri Rob Yettenlə də görüşüb. Tərəflər ilk növbədə təhlükəsizlik məsələlərini müzakirə ediblər.
"Ukrayna Niderlanda təhlükəsizlik sahəsində xüsusi tərəfdaşlıq sazişi formatını – bizim "Drone Deal"i təklif edib. Bu, səmanın qorunması üçün bütün imkanların kompleks inkişafına aiddir: raketlərdən, dronlardan müdafiə, REM-in (Radioelektron mübarizə) inkişafı, birgə silah istehsalı. Biz komandalara bütün detalları işləyib hazırlamaq tapşırığını verdik və bu işin başlanması haqqında sənədləri – həm "Drone Deal", həm də məhz Niderlandla ilk birgə istehsal üzrə sənədləri imzaladıq", - Zelenski deyib.
Oxşar xəbərlər
Zelenski Avstraliyanın Baş nazirini Ukraynaya dəvət edib
Norveç və Niderland Ukrayna ordusu üçün vəsait ayıracaq
Zelenski və İtaliyanın Baş naziri Ukrayna Silahlı Qüvvələrinin müdafiə ehtiyaclarını müzakirə ediblər
Qərb Ukraynaya silah tədarükünü bərpa edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
