Keyn: Oman körfəzindəki blokadaya ABŞ-nin yeddi döyüş gəmisi cəlb olunub
sizinxeber.az xəbər saytı

Keyn: Oman körfəzindəki blokadaya ABŞ-nin yeddi döyüş gəmisi cəlb olunub


Hazırda İranla əlaqəli ticarət gəmilərinin blokadası üzrə əməliyyat tapşırıqlarını yeddi ABŞ döyüş gəmisi yerinə yetirir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Pentaqonda keçirilən mətbuat konfransında ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Den Keyn bildirib.

O, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin mövqeyini göstərən xəritə təqdim edib. Onlar Oman körfəzində, Hörmüz boğazından şərqdə, Oman və İran sahilləri arasındakı xətdə yerləşir.

General bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri blokada başlayandan bəri İran limanlarından çıxan 13 gəminin qarşısını artıq alıb.

"Hazırda 13 gəmi əmrə əsasən geri dönmək barədə qərar qəbul edib", - deyə o bildirib və əlavə edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə hələ ki, heç bir gəminin göyərtəsinə qalxmaq lazım gəlməyib.

"Məcburi tədbirlər İranın ərazi sularında və beynəlxalq sularda həyata keçirilməyə davam edəcək", - Keyn vurğulayıb.

Oxşar xəbərlər

CENTCOM: Hörmüzün blokadasında 10 mindən çox hərbçi və onlarla gəmi iştirak edir
Den Keyn: İranda silah zavodlarının 90 %-i məhv edilib
Rusiya, İran və Çin şərti gəminin azad olunmasını təlimini keçiriblər
Hörmüz boğazında Azərbaycan gəmisi var? – Rəsmi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər