Rusiya Odessa limanına zərbə endirib, Panama bayrağı altında üzən gəmi zədələnib
sizinxeber.az xəbər saytı

Rusiya Odessa limanına zərbə endirib, Panama bayrağı altında üzən gəmi zədələnib


Aprelin 14-nə keçən gecə Rusiya dronlarının Ukraynanın "İzmail" limanına hücumları nəticəsində Panama bayrağı altında üzən gəmi zədələnib.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiperə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, yanalma körpüsü, barja və liman avadanlıqları da zərbəyə məruz qalıb.

"Zərbələr nəticəsində texniki xidmət stansiyasının binası dağılıb və yanğın baş verib. İki sərnişin avtobusu və yeddi minik avtomobili vurulub. Bundan başqa, altı fərdi ev zərbəyə məruz qalıb - onların dam örtükləri zədələnib. Həmçinin təcili tibbi yardım avtomobili də zədələnib", - Kiper qeyd edib.

Ölənlər və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Oxşar xəbərlər

Odessa və ətrafı Rusiya dronlarının hücumuna məruz qalıb
Rusiya Odessada çoxmərtəbəli yaşayış binasına zərbə endirib, yaralılar var
BƏƏ bayrağı altında üzən gəmi RAKETLƏ VURULDU
Odessa Vilayət Administrasiyasının rəhbəri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqləyib
Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər