Əbdüllətif Rəşid İraqda prezident seçkilərində iştirakdan imtina edib
sizinxeber.az xəbər saytı

Əbdüllətif Rəşid İraqda prezident seçkilərində iştirakdan imtina edib


İraqın hazırkı rəhbəri Əbdüllətif Rəşid növbəti prezident seçkilərində iştirakdan imtina edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə İraqın milli xəbər agentliyi - INA məlumat yayıb.

"Parlamentin spikeri Heybət əl-Halbusi Əbdüllətif Rəşidin adının namizədlər siyahısından (prezident seçkilərində iştirak etmək üçün - red.) çıxarıldığını elan edib", - agentlik bildirib.

Beləliklə, prezident postuna namizədlərin sayı indi 16 təşkil edir.

İraq Prezidenti Nümayəndələr Şurasında (parlamentdə) səs çoxluğu ilə seçilir, səlahiyyət müddəti 4 ildir.

Əbdüllətif Rəşid 2022-ci ilin oktyabrında İraq Prezidenti seçilib.

Oxşar xəbərlər

Əbdüllətif Camal Rəşid Prezident İlham Əliyevi təbrik edib
Əbdüllətif Camal Rəşid Prezident İlham Əliyevə zəng edib
İraq Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər