Zelenski Yaxın Şərqdə eskalasiyanın qlobal nəticələrindən danışıb
sizinxeber.az xəbər saytı

Zelenski Yaxın Şərqdə eskalasiyanın qlobal nəticələrindən danışıb


Ukrayna Prezidenti Volodimir Zelenski Yaxın Şərqdə eskalasiyanın qlobal nəticələrini qeyd edib.

"Sizinxeber.az" xəbər verir ki, Zelenski "X" hesabında müvafiq paylaşımında ABŞ ilə İran arasında atəşkəs razılaşmasını alqışlayıb.

"Bu regiondakı vəziyyət qlobal nəticələrə malikdir - Yaxın Şərqdə və Fars körfəzində təhlükəsizlik və sabitliyə yönəlmiş istənilən təhdidlər iqtisadi problemləri dərinləşdirir və hər bir ölkədə yaşayış xərclərini artırır", - o yazıb.

Bundan başqa, Ukrayna lideri tərəflər arasında atəşkəsi düzgün qərar adlandıraraq bunun müharibənin tam başa çatmasına gətirib çıxaracağını bildirib.

"Biz Yaxın Şərqdə və Fars körfəzi regionunda atəşkəsi dəstəkləyirik. Bu, diplomatik səylərə yol açır", - prezident qeyd edib.

Oxşar xəbərlər

Zelenski: Ukrayna Avropa üçün təhlükəsizlik təklifləri hazırlayır
KİV: ABŞ, Rusiya və Ukrayna sammiti Avropa və ya Yaxın Şərqdə baş tuta bilər
Zelenski: Yaxın aylarda Yaxın Şərqdə vəziyyət daha da gərginləşəcək
Zelenski Hörmüz boğazındakı vəziyyətə görə BMT TŞ-ni tənqid edib
Zelenski: Ukrayna Rusiyaya enerji atəşkəsi təklif edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər