Yeniyetmə voleybolçuların təlim-məşq prosesinin növbəti mərhələsi Şəkidə baş tutub
sizinxeber.az xəbər saytı

Yeniyetmə voleybolçuların təlim-məşq prosesinin növbəti mərhələsi Şəkidə baş tutub


Voleybol üzrə aşağı yaş qrupları üzrə oğlanlardan ibarət millilərin formalaşdırılması məqsədilə təşkil olunan seleksiya düşərgəsi davam edir.

"Sizinxeber.az" Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, mayın 4-də Abşeron Olimpiya İdman Kompleksində start götürən hazırlıq prosesinin növbəti mərhələsi 18–24 mayda Şəki Olimpiya İdman Kompleksində baş tutub.

Yeniyetmə və gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi Cahangir Seyyed Abbasinin rəhbərliyi altında təşkil olunan düşərgəyə ölkə üzrə aparılmış seleksiya nəticəsində seçilmiş 2010, 2011 və 2012-ci il təvəllüdlü idmançılar cəlb olunublar.

14 yaşadək oğlan voleybolçular üçün nəzərdə tutulan təlim-məşq toplanışı 2 qrup üzrə aparılıb. Hazırlıq müddətində 2010–2011 və 2012-ci il təvəllüdlü idmançılar ayrı-ayrı qruplarda məşq prosesinə qatılıblar.

Ümumilikdə 25 idmançının iştirak etdiyi toplanışda voleybolçuların həm fiziki, həm də texniki-taktiki hazırlığının artırılması məqsədilə məşqlər təşkil olunub. Şəki şəhərindəki mərhələ uğurla başa çatıb.

Qeyd edək ki, düşərgənin iyun ayınadək Abşeron Olimpiya İdman Kompleksində davam etdirilməsi nəzərdə tutulur. Toplanış müddətində özünü fərqləndirən idmançıların müvafiq yaş qrupları üzrə milli komandalara cəlb olunması planlaşdırılır.

Oxşar xəbərlər

Azərbaycanda 14 yaşadək oğlan voleybolçular üçün təlim-məşq toplanışı başlayıb
Azərbaycan Voleybol Federasiyasının prezidenti yeniyetmə və gənc voleybolçuların təlim-məşq toplanışında olub
Quba Olimpiya İdman Kompleksində cüdoçuların beynəlxalq təlim-məşq toplanışı davam edir
Azərbaycan milllisi Belarusda təlim-məşq toplanışı keçəcək
Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər