Avropa ölkələri və Yaponiya Hörmüz boğazının təhlükəsizliyinin təminatına töhfə verə bilər
sizinxeber.az xəbər saytı

Avropa ölkələri və Yaponiya Hörmüz boğazının təhlükəsizliyinin təminatına töhfə verə bilər


Avropa İttifaqına (Aİ) üzv bəzi ölkələrinin, həmçinin Böyük Britaniya və Yaponiyanın liderləri Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi üzrə səylərə kömək göstərməyə hazır olduqlarını bildirərək, mülki infrastruktura, o cümlədən neft-qaz obyektlərinə hücumlara dərhal moratorium tətbiqinə çağırıblar.

"Sizinxeber.az"un Avropa bürosu xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin ofisinin saytında dərc olunmuş birgə bəyanatda bildirilib.

"Biz boğazdan təhlükəsiz keçidin təmin edilməsi üzrə müvafiq səylərə kömək göstərməyə hazır olduğumuzu bildirir, hazırlıq və planlaşdırma ilə məşğul olan ölkələrin (bu məsələnin həllinə - red.) sadiqliyini alqışlayırıq", - məlumatda qeyd olunub.

Almaniya, Fransa, Niderland, İtaliya və Yaponiyanın liderləri tərəfindən də imzalanan bəyanatda İranın Fars körfəzində qeyri-hərbi ticarət gəmilərinə, mülki infrastruktura, o cümlədən neft-qaz obyektlərinə son hücumları, eləcə də Hörmüz boğazının İran qüvvələri tərəfindən faktiki olaraq bloklanması pislənilib.

Ölkələrin liderləri İranı təhdidləri, minaların yerləşdirilməsi, dron və raketlərdən istifadə ilə həyata keçirilən hücumları, habelə ticarət gəmiçiliyi üçün boğazın bağlanmasına yönəlmiş digər cəhdləri dərhal dayandırmağa və BMT Təhlükəsizlik Şurasının 2817 saylı Qətnaməsinə əməl etməyə çağırıblar.

"İranın addımlarının nəticələrini bütün dünyada, xüsusən ən həssas ölkələrdən olan insanlar hiss edəcək", - onlar bildirib və ən çox zərər çəkmiş ölkələrə dəstək göstərilməsi üzərində işləməyə söz veriblər.

Oxşar xəbərlər

Makron Yaxın Şərqdə mülki infrastruktura zərbələrə moratoriumun tətbiqinə çağırıb
Tramp neft idxalçısı olan ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə çağırıb
Hörmüz boğazının bağlanması ehtimalı səbəbindən üç gəmi istiqamətini dəyişib
Fransa, Almaniya və Böyük Britaniya Ukraynada sülhə nail olmağa kömək edə bilər
Almaniya, Fransa və Britaniya “Iran Air”ə qarşı sanksiyalar tətbiq edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər