Takaiçi: Yaxın Şərqdəki vəziyyətə görə dünya iqtisadiyyatına ciddi ziyan dəyəcək
Yaponiyanın Baş naziri Sanae Takaiçi bildirib ki, Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yaxın gələcəkdə dünya iqtisadiyyatına ciddi ziyan dəyə bilər.
"Sizinxeber.az" "Sky News"a istinadən xəbər verir ki, S. Takaiçi Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşündə əlavə edib ki, İran tərəfindən nüvə silahının hazırlanmasına yol vermək olmaz.
"Məhz bu səbəbdən Yaponiya Tehrana və tərəfdaşlarına müraciət edir. Yaponiya İranın qonşu ölkələrə hücumu, eləcə də Hörmüz boğazını bağlaması kimi addımlarını pisləyir".
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb, nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək rütbəli şəxslər ölüb. Buna cavab olaraq İran, İsrailə və ABŞ-nin bölgədəki hərbi bazalarına hava hücumları həyata keçirib. Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdəki obyektlər zərbələrə məruz qalıb.
Oxşar xəbərlər
SEPAH ABŞ-nin İraqdakı bazasına zərbə endirildiyini bəyan edib
Yaponiya strateji ehtiyatlarından neft satışına başlayıb
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
İsrail ordusu bir gündə İranda 200-dən çox obyektə hücum etdiyini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
