Dan Yorgensen: Aİ-nin Rusiya enerji daşıyıcılarının idxalına qayıtması səhv olacaq
sizinxeber.az xəbər saytı

Dan Yorgensen: Aİ-nin Rusiya enerji daşıyıcılarının idxalına qayıtması səhv olacaq


Avropa İttifaqı (Aİ) ölkələri Energetika Şurasının bu gün keçirilən iclasında dünya bazarında qiymətlərin artması fonunda enerji təchizatı sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün tədbirlər paketini müzakirə edəcəklər.

"Sizinxeber.az"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgensen Brüsseldə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Aİ-nin enerji resurslarının tədarükü ilə bağlı problemi yoxdur, lakin onların qiymətlərinin artması ittifaqa üzv ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir.

D.Yorgensen hesab edir ki, vəziyyətin həlli üçün iki variant var: "Birincisi - bərpa olunan enerji mənbələrinin tətbiqinin sürətləndirilməsidir, bunun üçün icazələrin alınması müddətlərini əhəmiyyətli dərəcədə qısaltmaq lazımdır, ikincisi isə Aİ ölkələri arasında sıx qarşılıqlı əlaqədir. Biz nə qədər sıx bağlı olsaq, enerji ittifaqımız nə qədər güclü olsa, qiymətlər bir o qədər aşağı olacaq".

Avrokomissar bəzi Aİ ölkələri liderlərinin, xüsusilə də Belçikanın Baş nazirinin neft və qaz tədarükü baxımından Rusiya ilə münasibətlərə yenidən baxılması barədə təklifini qətiyyətlə rədd edib:

"Aİ Rusiya enerji daşıyıcılarının idxalından imtina etmək qərarına gəldi, biz Miladdan əvvəl qaz idxalına qadağa haqqında qanun qəbul etdik. Mən dedim ki, Rusiya neftinin idxalına qadağa qoyulması barədə təklif irəli sürəcəyik… Biz çox uzun müddət Rusiyadan gələn enerji resurslarından asılı idik, bu da Rusiya rəhbərliyinə energetika vasitəsilə bizi şantaj etməyə imkan verirdi… Keçmişdə etdiklərimizi təkrarlamaq səhv olardı".

Oxşar xəbərlər

Dan Yorgensen: "Cənubi Qafqaz-Avropa enerji inteqrasiyası zəmanətlərin verilməsi ilə həyata keçirilə bilər"
Yorgensen: Aİ 2024-cü ildə Rusiya qazının alınmasına Ukraynaya yardımdan daha çox pul xərcləyib
Dan Yorgensen: "Aİ Azərbaycanla enerji sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir"
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Azərbaycana gəlir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər