Yekaterinburqda Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş fotosərgi keçirilib
Rusiyanın Yekaterinburq şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir baş tutub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycanın Yekaterinqburdakı baş konsulluğunun mətbuat xidməti yayıb.
“Mayın 7-də “Yekaterinburq” Kitabxana Mərkəzində Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunun təşkilatçılığı ilə ümumilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş fotosərgi və tədbir keçirilib”, – diplomatik missiyanın məlumatında bildirilib.
Mərasimdə baş konsulluğun əməkdaşları, yerli diaspor nümayəndələri, həmçinin şəhərdə yaşayan və təhsil alan tələbələr iştirak ediblər.
“Tədbirdə baş konsul v.i.e Şöhrət Mustafayev, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayəti üzrə nümayəndəliyinin təmsilçisi Fəridə Boyliyeva, Ural Federal Universitetinin IV kurs tələbəsi Mütəllim Umudov çıxış edərək ümummilli liderin şərəfli ömür yolundan, diaspora, təhsil və gənclər siyasətindən ətraflı bəhs ediblər”, – mətbuat xidməti diqqətə çatdırıb.
Bildirilib ki, tədbir “Heydər Əliyev 100 Xatirələrdə yaşayan...” sənədli filmin nümayişi ilə davam edib.
Qeyd olunub ki, lentin nümayişindən sonra tədbir iştirakçıları keçmiş dövlət başçısının 100 illik yubileyi münasibətilə həmin kitabxanada 2023-cü il mayın 10-da baş konsulluq tərəfindən yenilənərək açılışı baş tutmuş “Azərbaycan guşəsi” ilə tanış olublar.
Oxşar xəbərlər
Maestro Niyazinin anadan olmasının 112 illiyinə həsr edilmiş sərgi keçirilib
FHN Sumqayıtda Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirib
FHN-in Sumqayıt Regional Mərkəzində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib
FHN-in Sumqayıt Regional Mərkəzində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Yekaterinburqda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













