ABŞ-nin Mayami-Deyd dairəsində fevralın 26-sı Xocalının Anım Günü elan edilib
sizinxeber.az xəbər saytı

ABŞ-nin Mayami-Deyd dairəsində fevralın 26-sı Xocalının Anım Günü elan edilib


ABŞ-nin Mayami-Deyd dairəsində fevralın 26-sı Xocalının Anım Günü elan edilib.

“Sizinxeber.az”un ABŞ bürosu xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava və Mayami-Deyd dairəsinin Komissarlar Şurasının sədri Entoni Rodriges Bəyannamə imzalayıb.

Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhər əhalisinin qətliama məruz qalması nəticəsində aralarında çoxlu uşağın, qadının və ahılın olduğu 600-dən çox dinc və günahsız mülki şəxs qətlə yetirilib. Nəzərə çatdırılıb ki, insan haqları üzrə məşhur beynəlxalq təşkilatlar, o cümlədən “Human Rights Watch” bu faciəni bölgənin ən böyük qırğını adlandırıb.

Bəyannamə müəllifləri Mayami-Deyd dairəsi adından fevralın 26-nı Xocalının Anım Günü elan ediblər və xeyirxah insanları Xocalı soyqırımının 33-cü ildönümünü yad etmək üçün yerli hakimiyyət nümayəndələrinə qoşulmağa çağırıblar.

Qeyd edək ki, sənəd ABŞ-ın Florida ştatının Mayami şəhərində 2006-cı ildən bəri fəaliyyət göstərən Azərbaycan – Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovaya təqdim olunub.

Oxşar xəbərlər

“İnter Mayami” Lionel Messinin ilk komandası ilə yoxlama görüşü keçirəcək
Nyu-Dehli vağzalında izdiham zamanı azı 15 nəfər ölüb
Lionel Messi "İnter Mayami" ilə müqaviləni yeniləməyəcək
“İnter Mayami” Suaresi heyətində saxlayıb
Messi "İnter Mayami"nin ən çox qol vuran futbolçusu olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle