Laçında “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin açılış mərasimi keçirilir
Laçın şəhərində “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin açılış mərasimi keçirilir.
"Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən düşərgə avqustun 7-nə qədər davam edəcək.
Yay düşərgəsində dünyanın 60 ölkəsindən gələn 115 gənc iştirak edir. Onlar arasında xaricdə yaşayan azərbaycanlılarla yanaşı Azərbaycana dost münasibət bəsləyən digər xalqların nümayəndələri də yer alır.
Düşərgə iştirakçıları üçün bir həftə ərzində Laçının, eləcə də Qarabağın tarixi-mədəni abidələri ilə tanış olmaq, şəhid ailələrinin üzvləri və qazilərlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşmək, maraqlı panel və seminarlarda iştirak etmək, eləcə də əylənmək və intellektual oyunlar oynamaq nəzərdə tutulub. Bunlarla yanaşı, düşərgə müddətində gənclərin “İslimi” Xalçaçılıq mərkəzinə, “Gilabi Ceramics” mərkəzinə, “Həkəri Balıq Təsərrüfatı”na, “Hoçazfilm” yaradıcılıq studiyasına, Zabux kəndinə, Şuşa və Qarabağın bir neçə digər şəhərlərinə səfərlərinin təşkili planlaşdırılıb.
Yay düşərgələri xaricdəki yeni nəsil azərbaycanlıların ölkələri ilə bağlarını daha da möhkəmləndirmələri, Azərbaycanı uğurla təmsil etmək bacarıqlarını inkişaf etdirmələri, şəbəkələşmələri, yeni dostlar qazanmaları üçün fürsət təqdim edir.
Düşərgədə iştirak xərcləri isə təşkilatçılar tərəfindən tam şəkildə qarşılanır.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə bu günə kimi Diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa və Naxçıvan şəhərlərində 4 yay düşərgəsi təşkil olunub. Dünyanın 50-dən çox ölkəsində yaşayan yüzlərlə gənc həmin düşərgələrdə iştirak edib.
Oxşar xəbərlər
Gənclər Fondu “Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı müsabiqə elan edəcək
Budapeştdə Azərbaycan Diaspor Gənclərinin Beynəlxalq Forumu keçirilib
Bu gün Paris olimpiadasının açılış mərasimi keçiriləcək
II Şuşa Qlobal Media Forumunun xarici qonaqları Laçına səfər edib
Federasiya rəsmiləri istedadlı voleybolçuları müəyyənləşdirmək üçün Naxçıvana gedib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













