ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışıb - FOTO
sizinxeber.az xəbər saytı

ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışıb - FOTO


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Qlobal İqlim Fəaliyyəti üzrə Mərakeş Tərəfdaşlığının Nəqliyyat üzrə əlaqələndirici qrupunun təşkilatçılığı ilə “Nəqliyyat üçün ambisiyalar: Ədalətli və bərabər 1,5°C gələcəyə doğru irəli” mövzusunda tədbir keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) "APA-Economics"ə verilən məlumata görə, tədbirin əsas müzakirə mövzuları COP29 çərçivəsində tərəfdaş ölkələr tərəfindən dekarbonizasiya üzrə yol xəritəsinin hazırlanmasına və şəhər mobilliyi sistemlərinin inkişafına həsr olunub.

Panel müzakirələrində iştirak edən ADY sədrinin müşaviri Tural Abbaslı bildirib ki, Azərbaycan Dəmir Yolları Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr çərçivəsində hədəflərə çatmaq üçün karbon emissiyalarının azaldılması, dəmir yollarının elektrikləşdirilməsi və istehsalatda alternativ enerji mənbələrinə keçid kimi nailiyyətlər əldə edib. Belə ki, 2023-cü ildən etibarən ADY enerji istehlakını 5%, təbii qaz istehlakını 16%, su sərfiyyatını 23%, karbon emissiyasını isə 9% azaltmağa müvəffəq olub. Ötən il sərnişinlərin 100%-nin, yüklərin isə 80%-nin daşınması elektrik enerjisi hesabına həyata keçirilib.

ADY sədrinin müşaviri qeyd edib ki, Azərbaycan dəmir yollarında əməliyyatların səmərəliliyi və dekarbonizasiya istiqamətində atılan ilk addımlardan biri əməliyyatların rəqəmsallaşdırılması olub. Bunun nəticəsində yanacaq sərfiyyatı azaldılıb, kağızsız əməliyyatlar daha geniş tətbiq olunur. Eyni zamanda, Azərbaycanda şəhər mobilliyinin təmin olunması üçün nəqliyyat qurumları arasında səmərəli koordinasiya təşkil olunur, həmçinin elektrik qatarları ilə sərnişindaşımalara dövlət subsidiyalarının ayrılması mərhələli şəkildə öz həllini tapır.

T.Abbaslı əlavə edib ki, innovativ həllər nəticəsində əməliyyatlarda aşağı emissiyalara nail olmaq üçün atılan addımlardan biri ADY-də Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması olub.

Tədbirdə çıxış edən beynəlxalq təşkilatların nümayəndələri COP29 çərçivəsində nəqliyyatda 1,5°C hədəfinə çatmaq məqsədilə inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqinin vacibliyini vurğulayıb, iqlim maliyyələşməsi üçün dövlət və özəl sektora çağırışlar ediblər.

Oxşar xəbərlər

ADY sədri COP29 çərçivəsində dəmir yollarında etibarlı həllər mövzusunda panel müzakirələrində iştirak edib - FOTO
ADY və “Özbəkistan Dəmir Yolları” Avrasiya Nəqliyyat Marşrutunun potensialını müzakirə edib
COP29-da ekoloji hüquq sahəsində məhkəmə təcrübəsi ilə bağlı panel keçirilib
Bakıda COP29 çərçivəsində keçirilən Parlament Görüşü işini davam etdirir - FOTOLENT
"Azərbaycan Dəmir Yolları" COP29-la əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle