“Park” Nəşriyyat Evinin təqdimatı olub - FOTO
Nizami Kino Mərkəzində “Park” Müasir Nəşriyyat Evinin təqdimatı olub.
APA xəbər verir ki, tədbirdə “Park”ın ilk nəşrləri – Salam Sarvanın “Fikir oyunları”, Seymur Baycanın “Həyata yekun vurarkən” adlı ikicildliyi, Mirmehdi Ağaoğlunun “Həcc gündəliyi” və Seymur Baycanla Vüqar Vanın həmmüəllif olduğu “Pişiyə qalib gələn qəhqəhələr” kitabları oxuculara təqdim edilib.
Nəşriyyatın təsisçisi Şəhriyar del Gerani giriş nitqi ilə tədbiri açıq elan edib. O, çıxışında “Park”ın məqsəd və prinsipləri, hədəfləri, prioritetləri barədə söhbət açıb, eyni zamanda, nəşriyyatın yaranma prosesindən danışıb.
Şair Salam Sarvan və yazıçı Mirmehdi Ağaoğlu müəllifi olduğu kitabların ehtiva elədiyi məzmundan bəhs ediblər, yeni yaradılmış nəşriyyatın fəaliyyətinə uğurlar arzulayıblar.
Nəşriyyatın baş redaktoru yazıçı Nadir Yalçın çap olunan nəşrlərin məziyyətlərindən, orijinallığından və planda olan nəşrlərdən danışıb.
Daha sonra Salam Sarvan, Mirmehdi Ağaoğlu və Vüqar Van oxucular üçün kitab imzalayıblar.
Qeyd edək ki, “Park” nəşriyyatının təsisçisi Şəhriyar del Gerani, direktoru Vüqar Van, baş redaktoru Nadir Yalçındır.
Oxşar xəbərlər
“Park” nəşriyyatının təqdimatı olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yazıçı Vüqar Vanın yeni romanının təqdimatı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Gənclərin roman müsabiqəsi –2”nin mükafatlandırma mərasimi və “TEAS Press”in 10 illik hesabat tədbiri keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Nizami: daxili aləm” adlı sənədli filmin təqdimatı olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












