Moskvada müasir Azərbaycan şairəsinin yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
sizinxeber.az xəbər saytı

Moskvada müasir Azərbaycan şairəsinin yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib


Moskvada müasir Azərbaycan şairəsi Lalə Həsənovanın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilən gecə M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında baş tutub.

Tədbiri giriş sözü ilə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin direktor müavini Nazim İsmayılzadə Azərbaycanla Rusiya arasında mədəni aspektdə əlaqələrin inkişafı və möhkəmlənməsi üçün bu formatda tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin bu istiqamətdə verdiyi böyük töhfələri vurğulayıb.

Yaradıcılıq görüşünə gələn qonaqları salamlayan şairə Lalə Həsənova bu gecənin keçirilməsinə imkan və dəvətə görə təşəkkür edib, belə formatda tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.

Şairə 3 ildir ki, uğurla rəhbərlik etdiyi Bakıdakı Rus Evi Ədəbi Layihəsindən danışıb.

Lalə Həsənova bildirib ki, bu müddət ərzində öz istedadlarını cəmiyyətdə nümayiş etdirmək, şair kimi təkmilləşdirmək və inkişaf etdirmək üçün fürsət axtaran çoxlu sayda istedadlı gənclər layihəyə qoşulub. Onun rəhbərliyi ilə layihədə 100-dən çox iştirakçı, şairlər, nasirlər, hətta musiqiçilər özlərini göstəriblər.

Poetik formatda keçən gecənin ikinci yarısı şairə həyatının müxtəlif dövrlərində yazdığı şeirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Oxşar xəbərlər

Moskvada müasir Azərbaycan poeziyasına həsr olunan gecə keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moskvada müasir Azərbaycan poeziyasına həsr olunan gecə keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moskvada Azərbaycanın Milli Musiqi Günü qeyd olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moskvada azərbaycanlı rəssamın kitabı təqdim edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moskvada Şahin Mustafayevlə Aleksey Overçuk arasında görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər