“Nizami Gəncəvi Dünyası” kitabı təqdim olunub
Yazıçı Mir Cəlalın Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun birgə əməkdaşlığı çərçivəsində nəşr olunan “Nizami Gəncəvi Dünyası” kitabının təqdimatı keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, tədbir “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyevanın moderatorluğu ilə baş tutub.
Fondun prezidenti Aktotı Raimkulova kitabın "Türk dünyasının görkəmli şəxsiyyətləri" seriyasından ikinci nəşr olduğunu qeyd edib: "Bu kitab seriyasının ilk nəşri "Heydər Əliyev və Məhəmməd Füzuli" kitabı olub. Nəşr həm Nizami irsinin öyrənilməsinə, həm də Mir Cəlal yaradıcılığına Azərbaycan oxucularının marağını daha da artıracaq".
ADA Universitetinin rektoru Hafiz Paşayev Türk xalqlarının ədəbi şəxsiyyətlərinin yaradıcılığının tanıdılmasının əhəmiyyətindən söz açıb.
Tədbirdə həmçinin mədəniyyət nazirinin müavini Səadət Yusifova, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov, professor ədəbiyyatşünas alim, professor Təhsin Mütəllimov, şair, yazıçı Fərid Hüseyn çıxış edərək Nizami Gəncəvinin mənəvi dünyasının Azərbaycan ədəbiyyatında yaratdığı izlərin Mir Cəlal yaradıcılığında dərindən araşdırıldığını qeyd ediblər.
Tədbirin bədii hissəsində Azərbaycanın əməkdar artisti, opera müğənnisi Ramil Qasımovun və pianoçu, professor Zülfiyyə Sadıqovanın ifasında Azərbaycanın görkəmli bəstəkarlarının klassik əsərləri təqdim olunub.
Qeyd edək ki, kitabda Mir Cəlalın dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri haqqındakı elmi məqalələri yer alır.
Oxşar xəbərlər
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təsis edilməsindən 12 il ötür
Gəncədə "Nizami günləri" sentyabrın 15-dək davam edəcək
Türk Dünyası Kino Rejissorları Birliyi - TÜRKFİLM yaradılıb
Türk Mədəniyyəti və İrsi Fondu Füzulinin Qoçəhmədl kəndindəki məscidin bərpasına dəstək göstərək
Rafael Hüseynov “Şərəf” ordeni ilə təltif edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












