Türk Dünyası Kino Rejissorları Birliyi - TÜRKFİLM yaradılıb
sizinxeber.az xəbər saytı

Türk Dünyası Kino Rejissorları Birliyi - TÜRKFİLM yaradılıb


Özbəkistanın paytaxtı Daşkənddə Türk Dünyası Kino Rejissorları Birliyinin (TÜRKFİLM) yaradılması ilə bağlı niyyət bəyannaməsi imzalanıb.

“Report” xəbər verir ki, sənəd Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və TÜRKSOY rəsmilərinin iştirakı ilə imzalanıb.

Qeyd edilib ki, birliyin yaradılmasında əsas məqsəd Türk kino sənayesinin maraqlı tərəflərinin ehtiyac duya biləcəyi mövzulara dəstək vermək, Türk dünyasının zəngin mədəni irsini əks etdirən əsərlərin istehsalını təşviq etmək, Türk xalqlarının birlik və qardaşlığını gücləndirmək, kino sahəsində mövcud bilik və təcrübələrin qarşılıqlı ötürülməsi, bu şəkildə ictimai, mədəni və iqtisadi inkişafı təmin etməkdir.

Qeyd edək ki, tədbirdə ölkəmizi Azərbaycan Kino Agentliyinin baş direktoru vəzifəsinin icraçısı Orxan Fikrətoğlu təmsil edib.

Oxşar xəbərlər

Orxan Fikrətoğluna yeni vəzifə verildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistan Prezidentinin müşaviri: “Azərbaycanla əlaqələrimiz məhsuldar şəkildə inkişaf edir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kərim Tahirov: “Yaxın zamanda Türk Dünyası Kitabxanaları Birliyi qurulacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Taner Beyoğlu: "Türk Dünyası Kitabxanaları Birliyinin yaradılması ilə bağlı müzakirələr davam edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə PA rəsmisi Türk dünyası Milli Kitabxanaları Birliyini qurmaq ideyasını dəstəkləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər