Məmməd İsmayıl palataya köçürülüb - YENİLƏNİB
Şair Məmməd İsmayıl palataya köçürülüb.
Bu barədə Sizinxeber.az-ya şairin qızı İntizar İsmayıl məlumat verib.
O bildirib ki, atası hazırda həkim nəzarəti altındadır
“Bir az əvvəl palataya köçürülüb, təzyiqi aşağıdır. İndi vəziyyəti daha yaxşıdır”, – deyə qızı qeyd edib.
***
15:27
Şair, professor Məmməd İsmayıl "Bona Dea" Hospitalının Reanimasiya şöbəsinə yerləşdirilib.
Bu barədə Sizinxeber.az-ya şairin qızı məlumat verib.
O bildirib ki, dörd gündür xəstəxanaya yerləşdirilən Məmməd İsmayılın vəziyyəti dünən axşam ani olaraq ağırlaşıb:
"Ara-sıra xəstəxanaya aparırdıq. Son 4 gün burada oldu. Dünən axşam isə vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirdilər. Həkimlər vəziyyətin olduqca ciddi olduğu deyirlər".
Qeyd edək ki, Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət çəkir. Ötən ildən sağlamlığındakı problemlər ciddiləşib və vaxtaşırı xəstəxanaya yerləşdirilib.
Oxşar xəbərlər
Məmməd İsmayılın vəziyyəti ağırlaşıb, reanimasiyaya yerləşdirilib
Xəstəxanaya yerləşdirilən şair Məmməd İsmayıl gələn həftə evə buraxılacaq
Məmməd İsmayıl xəstəxanadan evə buraxılıb
Məmməd İsmayılın 85 illik yubileyi qeyd olunub - FOTO
Xalq artisti Ofeliya Sənani palataya köçürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
