“Ulduz” jurnalının iyul-avqust sayı dərc edilib
sizinxeber.az xəbər saytı

“Ulduz” jurnalının iyul-avqust sayı dərc edilib


“Ulduz” jurnalının iyul-avqust sayı dərc edilib.

Sizinxeber.az xəbər verir ki, “Yeni nəsil: tənqid+” adlı yeni layihə “Ulduz” jurnalı ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə əməkdaşlığı sayəsində ərsəyə gəlib.

Jurnal Qismət Rüstəmovun tərcüməsində Adam Kirşin “Qlobal roman: XXI əsrdə dünyanı yazmaq” məqaləsi ilə açılır.

“Tənqid” bölümündə Ramil Əhmədin “Xatırlamanın və unutmağın səsi”, Ülvi Babasoyun “Ədəbi tənqidin susmaq formaları”, Qismət Rüstəmovun “Qar Tanrısının qeydiyyatı haradır?”, Tomas Eliotun “Tənqidin hədləri” yazıları dərc edilib.

“Şeir vaxtı”nda Alik Əlioğlu, Feyziyyə, Rəbiqə Nazimqızı, Şəhriyar Del Gerani, Günel Şamilqızı, Anar Amin, Elçin Səlimlinin şeirləri çap olunub.

“Nəsr”də Cavid Zeynallının “Həmin işıqlı günlər” hekayəsi, Ülviyyə Heydərovanın “Pələng” hekayəsi yer alıb.

“Tərcümə saatı”nda Seyfəddin Hüseynlinin tərcüməsində Andrey Volosun “Çulışman” əsəri təqdim edilib.

“Dərgidə kitab”da Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (1-ci yazı) yazısı işıq üzü görüb.

“Dərgidə sərgi”də Naqiyə Rzayevanın əl işləri yayımlanıb.

Oxşar xəbərlər

“Ulduz” jurnalının iyul-avqust sayı işıq üzü görüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Ulduz” jurnalının növbəti sayı işıq üzü görüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Ulduz”un sentyabr sayı Türkiyənin “Genç Yürekler” dərgisinə həsr olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Ulduz” jurnalının Füzulinin 530 illiyinə həsr olunmuş xüsusi sayı çap olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Ulduz” jurnalının Ankarada xüsusi buraxılışı çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər