Şuşada növbəti Vaqif Poeziya Günləri başa çatıb - FOTO
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günləri yekunlaşıb.
Sizinxeber.az-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, poeziya bayramı Xan qızı Natəvanın evinin qarşısında “Sözün Hökmdarı” teatr tamaşası ilə başa çatıb.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafizə Quliyev, ssenari müəllifi isə şair, yazıçı İlqar Fəhmidir.
Günün əvvəlində isə Xan qızı Natəvanın evinin qarşısında “Üzeyir bəy belə deyərdi" adlı teatr tamaşası nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.
Daha sonra isə aktyor və musiqiçilərin iştirakı ilə bədii musiqili proqram təqdim olunub.
Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan Vaqif Poeziya Günlərinin açılışı iyulun 14-də Qazaxda olub, tədbir iyulun 15-də Gəncədə və iyulun 16-da Ağdamda davam etdirilib. Şuşada isə Poeziya bayramının açılışı dünən olub. Açılış mərasimində rəsmilər, tanınmış ədəbiyyat, elm və mədəniyyət xadimləri iştirak ediblər. Tədbirdə həmçinin “Vaqifə məktub” esse müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib, “İgidlərin sözü” layihəsi təqdim olunub.
Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada böyük şair və dövlət xadimi Molla Pənah Vaqifin (1717–1797) məqbərəsinin açılış mərasimi keçirilib. Məhz həmin tədbirdə Heydər Əliyev ədəbiyyat xadimlərinin bu istiqamətdə təşəbbüsünü dəstəkləyərək Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Poeziya bayramı ilk dəfə 1982-ci ilin iyulunda təşkil edilib.
Oxşar xəbərlər
Vaqif Poeziya Günləri çərçivəsində Şuşada konsert proqramı keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada Vaqif Poeziya Günləri keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Xarıbülbül” Festivalı çərçivəsində Şuşada teatr tamaşası göstərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaqif Poeziya Günləri çərçivəsində poeziya saatı keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












