Şuşada Vaqif Poeziya Günləri keçirilir - FOTO
Şuşa şəhərində Vaqif Poeziya Günləri keçirilir.
Sizinxeber.az-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, tədbirin açılışı Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin qarşısında olub.
Açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, akademik Nizami Cəfərov, rəsmilər çıxış ediblər.
Tədbirdə həmçinin tanınmış ədəbiyyat, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Vaqif Poeziya Günlərinin bağlanış mərasimi sabah Şuşa şəhərində keçiriləcək.
Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan Vaqif Poeziya Günlərinin açılışı iyulun 14-də Qazaxda olub, tədbir iyulun 15-də Gəncədə və iyulun 16-da Ağdamda davam etdirilib.
Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada böyük şair və dövlət xadimi Molla Pənah Vaqifin (1717–1797) məqbərəsinin açılış mərasimi keçirilib. Məhz həmin tədbirdə Heydər Əliyev ədəbiyyat xadimlərinin bu istiqamətdə təşəbbüsünü dəstəkləyərək Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Söz-sənət bayramı ilk dəfə 1982-ci ilin iyulunda təşkil edilib.
Oxşar xəbərlər
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yazıçı Vaqif Əlixanlı vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şair Vaqif Bayatlı Odərin 75 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdamda Vaqif Poeziya Günləri keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbul sərgisinə qatılan Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin abidəsini ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












