Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
sizinxeber.az xəbər saytı

Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb


Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Xocalının Daşbulaq kəndlərinə köç karvanları yola salınıb.

"Report" xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 4 ailə (18 nəfər), Çıldırana 2 ailə (5 nəfər), Aşağı Oratağa 9 ailə (56 nəfər), Heyvalıya 3 ailə (13 nəfər), Çapara 2 ailə (6 nəfər), Xocalının Daşbulaq kəndinə isə 1 ailədən ibarət 4 nəfər köçürülüb.

Oxşar xəbərlər

Ağdərə, Xocavənd və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb
Bu kəndlərə növbəti köç karvanı yola salındı
Beş kəndə yola salınan növbəti köç karvanları Ağdərəyə çatıb
Köç karvanları Ağdərəyə çatıb, mənzillərin açarları təqdim olunub – YENİLƏNİB
Ağdərənin Vəngli kəndinə ilk köç karvanı yola salınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər