Naxçıvanda Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib
Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində konsert proqramı baş tutub.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti və muxtar respublikanın Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbir "Saat Meydanı" Turistik İstirahət Mərkəzində təşkil olunub.
Açıq havada keçirilən konsert proqramı həm şəhər sakinləri, həm də qonaqlar üçün bayram əhval-ruhiyyəsi yaradıb. Gecədə Naxçıvan Dövlət Filarmoniyasının solistləri ilə yanaşı, Azərbaycan musiqi sənətinin tanınmış simaları çıxış edərək tamaşaçılara unudulmaz anlar yaşadıblar. Xalq artistləri Samir Cəfərov və Gülyaz Məmmədova, Əməkdar artist Nuriyyə Hüseynova, IV Televiziya Muğam Müsabiqəsinin qalibi Sərxan Bünyadzadə və Şəmistan Əlizamanlı öz repertuarları ilə bayram gecəsinə rəng qatıblar.
Proqram çərçivəsində səsləndirilən milli musiqilər, muğam inciləri və müasir bəstəkarların əsərləri Azərbaycanın zəngin mədəni irsini bir daha nümayiş etdirib. Müasir səhnə tərtibatı, işıq və səs effektləri ilə müşayiət olunan konsert yüksək zövqlə hazırlanan musiqi bayramına çevrilib.
Oxşar xəbərlər
Gəncədə "Zəfərin mübarək, Azərbaycan!" adlı konsert proqramı keçirilir
Gəncədə "Zəfərin mübarək, Azərbaycan!" adlı konsert proqramı keçirilib - FOTO
Xankəndidə Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
