Heydər Əliyev mərkəzlərinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib
sizinxeber.az xəbər saytı

Heydər Əliyev mərkəzlərinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib


Mədəniyyət Nazirliyi sistemindəki Heydər Əliyev mərkəzlərinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan müşavirədə Mədəniyyət Nazirliyinin məsul əməkdaşları və mərkəzlərin rəhbərləri iştirak ediblər.

Nazirliyin Regional əlaqələndirmə şöbəsi Regional layihələrin idarəedilməsi sektorunun müdiri Könül Cəfərova və nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Seymur Hüseynov çıxış ediblər. Bildirilib ki, Heydər Əliyev mərkəzləri Ümummilli Liderin həyat və fəaliyyətinin, zəngin siyasi irsinin, dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, qorunması və geniş təbliği istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirən müəssisələrdir.

Mərkəzlərdə Ümummilli Liderin zəngin dövlətçilik irsinin daha sistemli şəkildə təbliğinin həyata keçirilməsi, bununla bağlı yeni effektiv vasitələrdən istifadə olunması qarşıda duran əsas vəzifələrdir.

Qeyd olunub ki, Heydər Əliyev mərkəzlərinin funksionallığının artırılması üçün işçi heyətin müvafiq tələblərə cavab verən bilik və bacarıqlarının olması əsas şərtdir.

Sonra müşavirə interaktiv formada davam edib.

Oxşar xəbərlər

Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
FHN-in Sumqayıt Regional Mərkəzində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib
AHİK-in təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər