Azərbaycan Avropa Parlamentinə adekvat cavab verib, aydın mesaj göndərib
Azərbaycan Avropa Parlamentinə adekvat cavab verib və aydın mesaj göndərib.
Bunu "Sizinxeber.az"a açıqlamasında Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Fariz İsmayılzadə deyib.
O qeyd edib ki, Azərbaycan parlamentinin bugünkü qərarı kifayət qədər adekvat bir reaksiya idi:
"Çünki Avropa parlamenti artıq uzun illərdir ki, Azərbaycana qarşı qərəzli bir siyasət aparırdı. Orada cəmlənmiş erməni lobisinin tərəfdaşları, müxtəlif anti-islam, anti-türk hərəkatların dəstəkləyən deputatlar Azərbaycandan qarşı qərəzli siyasət aparırlar. Azərbaycanı hər zaman təhdid edirlər, müəyyən uydurulmuş arqumentlərlə Azərbaycana qarşı ittihamlar irəli sürürlər. Ona görə Azərbaycan da öz suveren hüququndan istifadə edərək adekvat cavab verdi".
Deputat vurğulayıb ki, Azərbaycan Avroparlamentə kifayət qədər lazımı mesaj göndərib:
"Əgər ikitərəfli münasibətlər, dostluq prizmasından baxmaq istəyirsinizsə, onda bu hücumlar, bu itihamlar dayandırılmalıdır. Amma o məqama qədər bütün münasibətlər, əməkdaşlıq Avropa Parlamenti ilə dayandırılacaq".
Qeyd edək ki, Azərbaycanın Avropa parlamenti ilə bütün sahələrdə əməkdaşlıq əlaqələri dayandırılıb.
Qərara əsasən, Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır. Parlamentin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulur.
Avronest Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq Milli Məclisin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılır və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmayacaq.
Oxşar xəbərlər
Komitə sədri: Milli Məclis Avropa Parlamentinin absurd iddialarına vaxtında və tutarlı cavab verib
Polşanın baş naziri Aİ-ni ABŞ-nin tariflərinə adekvat cavab verməyə çağırıb
Prezident: Onlarla istənilən əməkdaşlığı dayandırmışıq
Polşanın Baş naziri Aİ-ni ABŞ-ın rüsumlarına adekvat cavab verməyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
