Bakıda keçiriləcək "Nine Senses Fest 2026"nın biletləri satışa çıxarılıb
Bakıda iyunun 12,13,14-də keçiriləcək "Nine Senses Fest 2026"nın biletləri satışa çıxarılıb.
"Sizinxeber.az" xəbər verir ki, tədbir şəhərin 6 müxtəlif məkanında və Sea Breeze kurort kompleksində baş tutacaq.
Festival çərçivəsində 1500-dən çox iştirakçı və 80-ə yaxın mütəxəssisin bir araya gələcəyi gözlənilir. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Yoqa Federasiyasının prezidenti və Nine Senses Art Center-in təsisçisi Leyla Əliyevanın dəstəyi ilə həyata keçirilir.
Tədbirin təşkilatçıları Nine Senses Art Center və Azərbaycan Yeni Bacarıqlar Akademiyasıdır (ANSA).
Bu ilin festival mövzusu "Köklərdən İnkişafa" olaraq müəyyən edilib. Mövzu insanın özünüdərk prosesindən yetkinliyə doğru inkişaf yolunu əhatə edir.
Festivalın əsas çıxışçıları arasında kriya-yoqa ustası İmram Kriya, psixoloq və kouç Nərgiz Əliyeva, "Neyroqrafika" metodunun müəllifi Pavel Piskaryov və yoqa ustası Bharat Thakur yer alır. Bununla yanaşı, Kənan Məmmədov, Nandan Qautam, Lev İvanov, Vadim Popov və Qafar Qənizadə kimi mütəxəssislər də proqramda iştirak edəcəklər.
Festival çərçivəsində Sufizm Günü də təşkil olunacaq. Proqramda Mövləvi təriqətinin şeyxi Rəşid Mövləvinin təcrübələri və Türkiyədən sufi musiqi ifaçısı Özgür Babanın canlı çıxışı nəzərdə tutulur.
Hər günün sonunda konsert proqramları təqdim ediləcək. Səhnədə Çingiz Mustafayev, Marat Niqmatulin, Aura Ra Performance və İmram Kriya çıxış edəcək.
Festival iştirakçıları üçün səhər saatlarında dəniz sahilində məşqlər, beynəlxalq spikerlərin mühazirə və master-klassları, meditasiya və nəfəs sessiyaları, incəsənət terapiyası proqramları, həmçinin açıq hava aktivlikləri təşkil olunacaq. Eyni zamanda fashion, wellness, beauty və "Handmade in Azerbaijan" kateqoriyalarını əhatə edən yarmarka da fəaliyyət göstərəcək.
Hazırda festival üçün biletlər satışdadır. Mayın 5-dək xüsusi qiymət 130 AZN təşkil edir. Tələbələr və təqaüdçülər üçün isə 40 faiz endirim tətbiq olunur.
Biletləri festivalın rəsmi saytından əldə etmək mümkündür.
Oxşar xəbərlər
Bakıda sağlam həyat tərzinə həsr olunmuş “Nine Senses Fest” keçiriləcək
“Azərsun Holdinq”in baş sponsorluğu ilə “Nine Senses Fest 2025” keçiriləcək
Bakıda "Nine Senses Fest 2025” başlayır
“Nine Senses Fest” Beynəlxalq Yoqa Festivalının bağlanış mərasimi keçirilib
Azərbaycan - Macarıstan oyununun biletləri satışa çıxarılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
