"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
"Bakı Marafonu 2026" ilə əlaqədar 3 may tarixində səhər saat 09:00-dan mərasim qurtaranadək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq.
Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, ümumilikdə 42 km-lik məsafəni əhatə edəcək marafon Bayraq Meydanından başlayaraq Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalı, Neftçilər prospekti, Bakı Ağ şəhər Bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsi, Sevgi Parkı, Heydər Əliyev prospekti, Baku Arena, Böyük İpək Yolu küçəsi, Müzəffər Nərimanov küçəsi, Ziya Bünyadov prospekti, Böyükşor küçəsi, Böyükşor körpüsü, Balaxanı dairəsi, Böyükşor–Pirşağı yolu, Bakı Dairəvi Yolundan (Bilgəh–Pirşağı şosesi) keçməklə "Sea Breeze"də finiş nəzərdə tutulub.
"Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
"Bakı Marafonu-2025"ə görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
“Bakı Marafonu 2025” ilə əlaqədar sabah bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
“Bakı Marafonu 2025” ilə əlaqədar sabah yollarda hərəkət tam məhdudlaşdırılacaq
Hazırda Bakının bir sıra yollarda tıxac müşahidə olunur
Bakıda 16 istiqamətdə sıxlıq var - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
