İndiyədək azad edilmiş ərazilərdə 41 yaşayış məntəqəsi istifadəyə verilib
sizinxeber.az xəbər saytı

İndiyədək azad edilmiş ərazilərdə 41 yaşayış məntəqəsi istifadəyə verilib


İşğaldan azad edilmiş ərazilərdə bu günədək ümumilikdə 41 yaşayış məntəqəsinin tikilərək və bərpa edilərək istifadəyə verilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev Xocavənddə keçirilən iclasda məlumat verib.

Qeyd edilib ki, həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub.

Görülən işlər nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 80 mindən çox insanın yaşadığını və fəaliyyət göstərdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Bildirilib ki, qarşıdakı dövrdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində köç prosesi daha da sürətlənəcək və Böyük Qayıdış Proqramının miqyası genişlənəcək.

Oxşar xəbərlər

Samir Nuriyev: Prezident azad edilmiş ərazilərdə 159 layihənin təməlini qoyub, 133 infrastruktur obyektinin açılışını edib
Azad edilmiş ərazilərdə yaşayanların sayı açıqlanıb
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
Azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər