Sizinxeber.az » Mədəniyyət » Mədəniyyət siyasəti » Laçında “MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin açılış mərasimindən sonra qala konsert keçirilib

Laçında “MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin açılış mərasimindən sonra qala konsert keçirilib

Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin açılış mərasimindən sonra qala konsert keçirilib.

Bu barədə "Report" Mədəniyyət Nazirliyindən bildirilib.

Həkəri çayının sahilində qurulmuş səhnədə təşkil olunan konserti Azərbaycandan və MDB-yə üzv bir sıra ölkələrdən rəsmilər, doğma yurdda məskunlaşan laçınlılar izləyiblər.

Konsert proqramı Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Azərbaycan süitası" ilə başlanıb. Ansamblın ifasında “Qaytağı” və "Uzundərə" rəqsləri də təqdim olunub. Müğənni Səbinə Ərəbli Rafael Əsgərovun (balaban) müşayiəti ilə "Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa edib.

Qırğızıstanın “Dilgir” rəqs ansamblının ifasında "Qırğız çıroqu” rəqsi təqdim olunub.

Konsert proqramında dövlət başçısının Sərəncamı ilə bu il 140 illiyi qeyd olunan dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəylinin bənzərsiz sənət irsinə də geniş yer verilib. Əməkdar artist Ramil Qasımov bəstəkarın “Sənsiz" romansını səsləndirib. Sonra o, Əməkdar artist İnara Babayeva ilə “Arşın mal alan” operettasından duet ifa edib.

Qazaxıstanın "Kulansaz" foklor etnoqrafik ansamblının müşayiəti ilə Nakipbek Jaraz, Jeksembil Adilet və Aşimov Nurlan “Öz elim” mahnısını səsləndiriblər. Belarus İncəsənət Universitetinin tələbələri “Lavanixa" Belarus xalq rəqsi ilə konsertə rəng qatıblar. Xalq artisti Simarə İmanova Bəhram Nəsibovun “Qarabağ”, Əməkdar artist Xəyyam Mustafazadə Müslüm Maqomayevin “Mavi əbədiyyət”, tacikistanlı müğənni Afzal Safarzoda “Dilbari man” mahnılarını ifa ediblər. "Qaya” Dövlət Ansamblının ifasında “Laçın" xalq mahnısı və Vasif Adıgözəlovun “Mən gəzirəm hər yanı” mahnısı təqdim olunub.Rusiyadan "Voronej qızları" xalq mahnı və rəqs ansamblı “Krujeva jekeskiye” mahnısını səsləndirib. Özbəkistanın “Şodlik” ansamblı “Özbəkistan güldəstəsi” kompozisiyasını təqdim edib.

Qala konsert Xalq artisti Polad Bülbüloğlunun ifasında “Qarabağım” və "Şən Azərbaycanım” (solist: Əməkdar artist Eteri Cəfərova) mahnıları ilə başa çatıb. Bəstəkar-müğənninin ifası Azərbaycan Dövlət Rəqs Ansamblı rəqsləri ilə müşayiət olunub.

Bütün musiqi və rəqs nömrələri tamaşaçıların alqışları ilə qarşılanıb.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !