Sizinxeber.az » Mədəniyyət » Mədəniyyət siyasəti » Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində növbəti konsert proqramı baş tutub

Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində növbəti konsert proqramı baş tutub

Tacikistanın Danqara şəhərində Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində növbəti konsert proqramı baş tutub.

“Report”un Danqaraya ezam olunan əməkdaşı xəbər verir ki, bu dəfə Azərbaycan Qədim Musiqi Alətləri Ansamblı rəngarəng musiqi proqramı ilə çıxış ediblər.

Konsertdən öncə Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov və Tacikistanın Danqara şəhərinin icra hakimiyyəti başçısı Sijoydin Salomzade çıxış ediblər.

Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov iki ölkə arasındakı mədəni yaxınlıqdan bəhs edib.

M.Hüseynov Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçirilən tədbir və konsert proqramlarında tacik xalqının maraq və diqqətindən məmnunluğunu ifadə edib.

Tacikistanın Danqara şəhərinin icra hakimiyyəti başçısı Sijoydin Salomzade isə Azərbaycanın zəngin mədəni irsini böyük zövqlə izlədiklərini diqqətə çatdırıb.

Sijoydin Solomzade də, öz növbəsində, hər iki xalq arasındakı mədəni yaxınlığa diqqət çəkib.

Çıxışlar yekunlaşdıqdan sonra Qədim Musiqi Alətləri Ansanblının konsert proqramı nümayiş edilib. Bir-birindən maraqlı musiqi nömrələri ilə zəndin musiqi kompozisiyası yerli tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Qeyd edək ki, Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri sabah başa çatacaq.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !