Düşənbədə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi" adlı sərginin nümayişi olub
Tacikistan Milli İncəsənət Muzeyində “Azərbaycanın sənət incilərində yaşayan milli irsi" adlı sərginin nümayişi olub.
“Report”un Düşənbəyə ezam olunan əməkdaşı xəbər verir ki, sərginin açılış mərasimində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əsgərov, eləcə də hər iki ölkənin mədəniyyət nazirliklərinin nümayəndələri, səfirlik əməkdaşları, mədəni-ictimai xadimlər iştirak edib.
Açılış nitqləri ilə çıxış edən Tacikistan Milli İncəsənət Muzeyinin direktoru İbrohimzoda Zafarsho Safo və Azərbaycan Milli İncəsənət Muzeyinin (AMİM) direktoru Şirin Məlikova iki ölkə arasındakı mədəni əlaqələrdən bəhs ediblər.
Daha sonra sərgi qonaqlara təqdim olunub.
Azərbaycan Milli İncəsənət Muzeyninin təqdimatında “Mirzə Qədim İrəvani: Şərq və Qərb sənət üslublarının qovşağında” sərgisi barədə muzeyin direktoru Şirin Məlikova ətraflı məlumat verib.
Şirin Məlikova bildirib ki, ekspozisiyanın ana xəttini dahi sənətkarın AMİM-də qorunub saxlanılan əsərlərinin və onun yaşadığı dövrün aparıcı sənət üslubunda yaranmış təsviri və dekorativ-tətbiqi sənət nümunələrinin nümayişi təşkil edir.
Azərbaycan Milli Xalça Muzeyninin xalça və qurama kolleksiyasının sərgisi barədə isə muzeyin direktoru Əminə Məlikova qonaqları məlumatlandırıb.
Əminə Məlikovanın sözlərinə görə, sərgidə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından XIX əsrdən müasir zamanadək tarixi dövrü əhatə edən xovlu, xovsuz xalçalar, xalça məmulatları, bədii metal, tikmə nümunələri təqdim olunur.
Tədbir bədii hissə ilə davam etdirilib.
Oxşar xəbərlər
Milli İncəsənət Muzeyində "Xəzər" Biennalesi Platforması çərçivəsində sərgisi açılıb
Bişkekdə ənənəvi Azərbaycan əl işlərinin sərgisi keçiriləcək
Qırğızıstanda “Azərbaycanın sənət incilərində yaşayan milli irsi" sərgisinin açılışı olub
Pineviç: Belarusda bu ilin payızında Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
Adil Kərimli Romada XXI Əsrin Milli İncəsənət Muzeyini ziyarət edib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












