“Musiqi və incəsənət məktəblərində müəllim keyfiyyəti” mövzusunda dəyirmi masa keçirilib - FOTO
- 6-05-2025, 09:50
- Mədəniyyət / Mədəniyyət siyasəti
- 0
- 1 159
Mayın 5-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Musiqi və incəsənət məktəblərində müəllim keyfiyyəti” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə nazir Adil Kərimli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Bakı Musiqi Akademiyasının (BMA) rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru Ceyran Mahmudova, tanınmış mədəniyyət xadimləri, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və digər şəxslər iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Adil Kərimli Prezident İlham Əliyev və Birinci-vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən mədəniyyətin bütün sahələrinin inkişafının, o cümlədən incəsənət təhsilinin diqqətdə saxlanıldığını bildirib. Deyib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, bədii təhsilin müasir tələblər səviyyəsində qurulması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən müvafiq addımlar atılır. Musiqi, incəsənət məktəb və mərkəzlərinə şagirdlərin qəbulu tam elektronlaşdırılıb. Bundan əlavə, müəllimlərin, eləcə də direktor və direktor müavinlərinin işə qəbulu da mərkəzləşdirilmiş qaydada – müsabiqə və müsahibə olmaqla iki mərhələdə həyata keçirilir.
Adil Kərimli Mədəniyyət Nazirliyi sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə əmək qanunvericiliyinin tələbləri əsas götürülməklə attestasiyanın keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Bakı və Abşeron-Xızı regionlarını əhatə edən, fortepiano və musiqi nəzəriyyəsi üzrə təşkil olunan attestasiyanın bu sahədə vəziyyətin ciddi şəkildə təhlil edilməsi zərurətini ortaya çıxarıb.
Sonra mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov slayd vasitəsilə müəllimlərin attestasiyasının nəticələri barədə ətraflı məlumat verib. Bildirilib ki, musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiya prosesində attestasiya komissiyası tərəfindən müvafiq olaraq 3 əleyhinə, 2 lehinə səslə qiymətləndirilən 112 müəllim müvafiq ixtisaslar üzrə təlimlərə cəlb edilib. Təlimlər Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təşkil olunur. İki ay müddətində həyata keçiriləcək təlimlərdən sonra həmin şəxslər müəllimlərin işə qəbulu üzrə test imtahanı və müsahibə mərhələsindən uğurlu nəticə əldə etməklə yenidən məktəblərdə işləyə bilərlər.
BMA-nın rektoru Fərhad Bədəlbəyli, Milli Məclisin komitə sədrləri Polad Bülbüloğlu, Anar İsgəndərov, Hicran Hüseynova, ADMİU-nun rektoru Ceyran Mahmudova, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev, BMA-nın professorları Nəzakət Rimazi, Könül Hüseynova, Qarabağ Universitenin dekanı bəstəkar Türkər Qasımzadə və başqaları çıxış edərək Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıblar.
Daha sonra tədbir diskussiya şəklində davam edib. Attestasiya komissiyalarına sədrlik etmiş mütəxəssislər proses barədə fikirlərini bölüşüb, bəzi təhsilverənlərin bilik və bacarıqlarının onlarda təəssüf hissi doğurduğunu bildiriblər.
Dəyirmi masada incəsənət təhsilinin mövcud vəziyyəti, bu sahədə həyata keçirilən işlərlə bağlı çıxışlar dinlənilib, təkliflər səsləndirilib.


width="220" alt="Milli Konservatoriyada musiqi təhsili ilə bağlı müzakirə aparılıb" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />