Gələn il Azərbaycanda Tatarıstan Mədəniyyət Günləri keçiriləcək
sizinxeber.az xəbər saytı

Gələn il Azərbaycanda Tatarıstan Mədəniyyət Günləri keçiriləcək


Gələn il Azərbaycanda Tatarıstan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır.

“Sizinxeber.az” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Tatarıstanın mədəniyyət nazirinin müavini Damir Natfullin Həmvətənlərlə İş üzrə Koordinasiya Şurasının iclasında bildirib.

"Nazirlik milli mədəniyyətin qorunması və təbliği, tatar irsinin əlçatanlığı və qavranılması ilə bağlı mənəvi tələbatların ödənilməsi istiqamətində fəaliyyəti davam etdirir", - nazir müavini bildirib.

Onun sözlərinə görə, Mədəniyyət Günləri, həmçinin Rusiyanın paytaxtı Moskvada, Qazaxıstanın Abay vilayətində, İran və Misirdə keçiriləcək.

D. Natfullin əlavə edib ki, nazirlik doğma tatar dili və ədəbiyyatının, mərasim mədəniyyətinin, xalq sənətlərinin, ənənələrinin, milli dramaturgiya və teatrın qorunması istiqamətində iş aparır.

Oxşar xəbərlər

Astanada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
Putin: Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq
Nazir müavini: "Serbiya və Azərbaycan milli kitabxanaları arasında Anlaşma Memorandumu imzalanacaq"
Qənirə Paşayevanı Milli Məclisdə o əvəz edəcək
Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri təşkil ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle