Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı çərçivəsində “Min bir gecə” baleti təqdim olunub
Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında bəstəkarın “Min bir gecə” baleti təqdim olunub.
"Report" xəbər verir ki, tamaşada əsas rolları Yuliya Ferştandt (Şəhrizad), İlya Manayenkov (Şəhriyar), Liana Praga (Nuridə), Seymur Qədiyev (Nuridənin sevimli qulu) ifa ediblər.
Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu baletmeyster Əməkdar incəsənət xadimi Nailə Nəzirova, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Qeyd edək ki, Fikrət Əmirovun məşhur ərəb nağılları əsasında yazdığı “Min bir gecə” baleti ilk dəfə 1979-cu ildə Bakıda Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulub. Tamaşanın librettosu görkəmli Azərbaycan yazıçıları Maqsud və Rüstəm İbrahimbəyov qardaşları, bədii tərtibatı Xalq rəssamı Toğrul Nərimanbəyova məxsusdur.
Oxşar xəbərlər
“Min bir gecə” baleti Pekində nümayiş olunub
Azərbaycanda ilk dəfə "Nəsimi" operası tamaşaya qoyulacaq
"Nizami" operası Gəncədə nümayiş edilib - FOTO
Heydər Əliyev Sarayında COP29 çərçivəsində “Oyanış” tamaşası nümayiş etdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
