Mədəniyyət naziri Kürdəmirdə vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Kürdəmirdə vətəndaşları qəbul edəcək.
Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, Kürdəmir, Ucar, Zərdab, Ağdaş, Yevlax, Mingəçevir, Göyçay rayonlarından olan vətəndaşların qəbulu 2024-cü il dekabrın 14-də saat 10:00-da Kürdəmir rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 20) keçiriləcək.
Qeyd edək ki, vətəndaşlar 2024-cü il dekabrın 11-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.
Oxşar xəbərlər
Mədəniyyət naziri Astarada vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Kürdəmirdə vətəndaşları qəbul edəcək
Baş prokuror Sumqayıtda qəbul keçirəcək
Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək
Mədəniyyət naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













