"Gəncə və gəncəlilər" layihəsində Şahnaz Haşımovanın yaradıcılıq gecəsi baş tutub
sizinxeber.az xəbər saytı

"Gəncə və gəncəlilər" layihəsində Şahnaz Haşımovanın yaradıcılıq gecəsi baş tutub


Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Gəncə və gəncəlilər" layihəsi çərçivəsində Xalq artisti Şahnaz Haşımovanın yaradıcılıq gecəsi keçirilib.

APA-nın xəbərinə görə, gecədə Xalq artistləri Şahnaz Haşımova, Gülyaz Məmmədova, Əməkdar artistlər Aybəniz Haşımova, Tural Abdullayev, sənətkarın tələbəsi Fəxri Kazım-Nicat, solist Zəminə Mustafayeva, Aşıq İlqar Nəcəfov, Türkiyədən qonaq olan saz ifaçısı Volkan Kaplan “Kəsmə şikəstə”, "Oxu gözəl", "Sənə də qalmaz", "İlk məhəbbət", "Göygölüm", "Qaragilə", "Ana", "Gözəl Gəncəmiz", "Azərbaycan" mahnılarını ifa ediblər.

Həmçinin yaradıcılıq gecəsində Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Muxtar Oxçaoğlu çıxış ediblər.

Gecənin bədii rəhbəri Sahil Quliyev, kollektiv rəhbəri Xalq artisti Adil Bayramov, baletmeyster Sənan Cavadovdur.

Oxşar xəbərlər

Xalq artisti Şahnaz Haşımovanın yaradıcılıq gecəsi keçiriləcək
Gəncə Dövlət Filarmoniyasında Səid Rüstəmovun mahnılarından ibarət konsert olacaq
Gəncə Dövlət Filarmoniyasının solistləri Naxçıvanda çıxış ediblər - FOTO
Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Xalqın mədəni sərvəti" layihəsi başa çatıb
Gəncədə "Nizami klassik musiqidə" adlı gecə təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər