Azərbaycanda “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı keçiriləcək
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə "Bakı Yaradıcı Həftə 2025" çərçivəsində “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı keçiriləcək.
Nazirlikdən "Sizinxeber.az"a verilən məlumata görə, festival oktyabrın 6-12-də baş tutacaq.
Qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) tərəfdaşlığı ilə təşkil olunan festival dünyanın müxtəlif ölkələrindən kino istehsalçılarını, prodüserləri və kino həvəskarlarını bir araya gətirəcək.
Tədbir çərçivəsində 3000-ə yaxın yerli və xarici qonaq qəbul ediləcək, yaradıcı dialoq, birgə istehsal imkanları və kino sənayesində əməkdaşlıq üçün geniş platforma yaradılacaq. “Baku Cinema Breeze” festivalı mədəni əməkdaşlıq üçün yeni imkanlar açacaq.
Festivalın əsas məqsədi Azərbaycanın regionda mədəni mübadilə və kino sahəsində beynəlxalq əməkdaşlıqların qurulduğu mühüm mərkəzə çevrilməsinə töhfə verməkdir.
Bir həftə davam edəcək festival çərçivəsində "Şərq Ölkələrinin Film Marketi", "II “ATA” Türk Dünyası Animasiya Festivalı", "İslam Ölkələrinin Kino Günləri", “CinemaTalks” kimi panel müzakirələri də təşkil olunacaq.
Oxşar xəbərlər
Azərbaycanda "Baku Cinema Breeze" adlı beynəlxalq festival keçiriləcək
"Baku Cinema Breeze" beynəlxalq film festivalının açılışı olub - FOTO
Azərbaycanda növbəti “Yaradıcı Həftə” keçiriləcək
XV Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi baş tutub
Bakıda Şərq və Mərkəzi Asiya ölkələrinin kino marketinin açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












