İsmayıl xanın hamamı bərpa olunur
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında öz əksini tapmış layihələr, habelə investisiya layihələri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra işlər həyata keçirilir.
Nazirlikdən "Sizinxeber.az"un yerli bürosuna verilən məlumata görə, həyata keçirilən tədbirlərin davamı olaraq XVIII əsr memarlıq abidəsi “İsmayıl Xan hamamı” bərpa ediləcək. Abidənin bərpası üçün layihə-smeta sənədlərinin hazırlanması məqsədilə Nazirlik tərəfindən elan olunmuş satınalma yekunlaşıb.
Layihə-smeta sənədlərinin hazırlanması qalib şirkət olan “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC-ə tapşırılıb.
Qeyd edək ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən tarixi abidənin ətrafının abadlaşdırılması, topoqrafiya və geologiya işləri, interyer dizaynı, daxili tərtibat və digər işlərin görülməsi nəzərdə tutulur.
Gələcəkdə də muxtar respublika ərazisində tarixi abidələrin qorunması və bərpası istiqamətində işlər davam etdiriləcək.
Oxşar xəbərlər
Naxçıvanda “İsmayıl Xan Hamamı” bərpa ediləcək
“Ərbabın İş Yeri” əsaslı təmir olunur
Naxçıvanda vergi və gömrük orqanlarının xətti ilə büdcə daxilolmalarında müsbət dinamika var
Ordubadda XVIII əsrə aid olan tarix-memarlıq abidəsi bərpa ediləcək
Naxçıvanın sosial-iqtisadi inkişafı ilə əlaqədar layihələr müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
