“Avroviziya 2025”in bütün finalçıları məlum olub – YENİLƏNİB
İsveçrənin Bazel şəhərində “Avroviziya” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb.
“Sizinxeber.az” xəbər verir ki, burada 16 ölkədən olan iştirakçılar final mərhələsinə çıxmaq uğrunda mübarizə aparıblar.
Televiziya tamaşaçılarının səsverməsinin nəticələrinə görə, müsabiqə finalçılarının ikinci onluğuna aşağıdakı ölkələr daxil olub: Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüksemburq, Finlandiya, Latviya, Malta və Yunanıstan.
Xatırladaq ki, birinci yarımfinalın nəticələrinə görə, Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estoniya, Portuqaliya və Ukraynadan olan iştirakçılar finalçı olmuşdular.
Həmçinin final şousunda İsveçrə (ötən ilin qalibi) və Böyük Britaniya, Almaniya, Fransa, İspaniya və İtaliyadan olan ifaçılar iştirak edəcəklər – bunlar “Böyük beşlik” ölkələridir ki, avtomatik olaraq müsabiqənin finalına keçirlər.
“Avroviziya”nın finalı mayın 17-də baş tutacaq.
"Avroviziya - 2025" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi başlayıb.
"Sizinxeber.az" xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.
Mahnı müsabiqəsinin qalibi isə mayın 17-də keçiriləcək final mərhələsində məlum olacaq.
Qeyd edək ki, müsabiqədə Azərbaycan “Mamagama” qrupunun “Run with U” mahnısı ilə təmsil olunub və ilk yarımfinal mərhələsində mübarizəni dayandırıb. İlk yarımfınalı Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San Marino, Estoniya, Portuqaliya və Ukrayna təmsilçiləri adlayıblar.
Oxşar xəbərlər
“Avroviziya-2025”də bütün finalçılar bəlli olub - YENİLƏNİB
“Avroviziya 2025” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb - CANLI
“Avroviziya” 2025-ci ildə İsveçrənin Bazel şəhərində keçiriləcək
Azərbaycan təmsilçisi "Avroviziya - 2025"in ilk yarımfinalında mübarizəni dayandırıb - YENİLƏNİB-2
DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələnin püşkü atılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
