Lənkəran Teatrının aktrisası dəfn edilib - YENİLƏNİB
Gecə saatlarında dünyasını dəyişən Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikasının Əməkdar artisti Zemfira Nəcəfovanın dəfni baş tutub.
APA xəbər verir ki, o, Lənkəran şəhər Sütəmurdov kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində rayon ictimaiyyəti, Lənkəran Teatrının kollektivi iştirak edib.
Allah rəhmət eləsin.
***
13:59
Əməkdar artist Zemfira Nəcəfova vəfat edib.
Bu barədə APA-ya Lənkəran Dövlət Dram Teatrının mətbuat xidmətindən məlumat verilib.
Aktrisanın bu gün vəfat etdiyi qeyd olunub.
Zemfira Musabala qızı Nəcəfova 1950-ci ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və həmin ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktrisa kimi çalışır. O, burada yüzdən artıq rolu canlandırıb.
Oxşar xəbərlər
Lənkəran Teatrının aktrisası vəfat edib
Əməkdar artist Təvəkkül Əliyevin anım günüdür
74 yaşlı Əməkdar artist vəfat etdi - FOTO
Gəncə Dövlət Filarmoniyasında Mobil Əhmədova həsr olunmuş konsert keçiriləcək
Xalq artisti Ramiz Məlik II Fəxri xiyabanda dəfn olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













