Gəncə Dövlət Filarmoniyasında Mobil Əhmədova həsr olunmuş konsert keçiriləcək
Sentyabrın 10-u, saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə "Gəncə və gəncəlilər" layihəsi çərçivəsində ecazkar, məlahətli səsi, yüksək səhnə mədəniyyəti, həssas obraz duyumu ilə qəlblərdə yaşayan, Xalq artisti, professor Mobil Əhmədovun anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konsert proqramı keçiriləcək.
Filarmoniyanın mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, konsert proqramında Gəncə Dövlət Filarmoniyası və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistlərinin ifasında sənətkarın repertuarından mahnılar, operettalardan ariyalar səsləndiriləcək.
Biletləri filarmoniyanın kassasından və iticket.az saytından əldə etmək mümkündür.
Oxşar xəbərlər
Gəncə Dövlət Filarmoniyası Bakıda konsert proqramı ilə çıxış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncə Dövlət Filarmoniyasında Nadir Qafarzadənin konserti olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncə Dövlət Filarmoniyasında "Urbanda görüşərik" adlı layihə olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Qayıdış Proqramı üçün bu il ayrılan vəsait 5 milyardı ötəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Mədəniyyət Könüllüləri” İB-nin toplantısı keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












