Xalq artisti Arif Babayevlə vida mərasimi keçirilib - FOTO - VİDEO - YENİLƏNİB
Beynəlxalq Muğam mərkəzində Xalq artisti Arif Babayevla vida mərasimi keçirilib.
Sizinxeber.az xəbər verir ki, Xalq artistinin ailə üzvləri ilə yanaşı, bir sıra görkəmli sənətkarlar, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Arif Babayevin ölüm xəbəri hər kəsi sarsıdıb: "Bütün dünyada yaşayan azərbaycanlıların sevimlisi Arif Babayevi itirdik. Arif Babayevin vəfatı ilə əlaqədar qonşu dövlətlərdən başsağlığıları alırıq. Bu gün hamımız üçün çox ağrılı gündür".
Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə bildirib ki, Arif Babayev öz sənəti ilə yaşadığımız dövrün hisslərini öz ifasında əks etdirirdi: "Arif müəllimin xatirəsi hər zaman bizim yaddaşımızda yaşayacaq".
Xalq artisti Mənsum İbrahimov çıxışında vurğulayıb ki, Arif müəllim barəsində keçmiş zamanda danışmaq çox çətindir: "Mən bu sənətə Arif Babayevi sevib gəlmişəm, uzun illər eyni səhnəni bölüşmüşük. Arif Babayev elə bir iz qoyub gedib ki, o heç vaxt unudulmayacaq".
Xalq artisti, professor Vamiq Məmmədəliyev qeyd edib ki, Arif Babayev onun dostu olub: “Biz təkcə sənətdə yox, sənətdən kənarda biz dost idik. Arif Babayevin insanlara verdiyi qiymət çox yüksək idi, çox səmimi insan idi. Onun tələbələri də onu çox istəyir, çünki həm sənəti həm də insanlığın yüksək idi".
Sonda Arif Babayevin oğlu Yaşar Babayev vida mərasimdə iştirak edənlərə minnətdarlığını bildirib.
Qeyd edək ki, Arif Babayev Fəxri xiyabanda dəfn ediləcək.
***
12:55
Beynəlxalq Muğam mərkəzində Xalq artisti Arif Babayevlə vida mərasimi keçirilir.
Sizinxeber.az xəbər verir ki, mərasimdə Xalq artistinin ailə üzvləri, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Arif Babayev I-ci Fəxri xiyabanda dəfn ediləcək.
Oxşar xəbərlər
Xalq artisti Arif Babayevlə vida mərasimi keçirilir
Xalq artisti Arif Babayevlə vida mərasimi keçirilir - FOTO
Xalq artisti Arif Babayevin vəziyyəti ağırlaşıb, reanimasiyaya yerləşdirilib
Xalq artisti: Arif Babayev kimi sənətkarlar yüz ildən bir gəlir
Arif Babayev Fəxri xiyabanda dəfn olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












